12 aprel -qoroskop » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün [forum][/forum]

» » 12 aprel -qoroskop


12 aprel -qoroskop

Qoç - Laübəli, qarışıq gün olduğundan işlərdə tələskənliyə yol verməyin. Düşünülməmiş qərarlar çox pis nəticə verə bilər. Maraqlandığınız işlə məşğul olmaq üçün imkanlar yaranıb. İşdə və təhsildə sizi xoş anlar gözləyir.
Günün ikinci yarısında maddi məsələlər ailə həyatında həyəcanlar yarada bilər. Yaxınlarınız nələrinsə alınmasını istəyirlər. Onların istəklərinin yerinə yetirilməsi ailə büdcəsinə zərbə vuracaq.
Axşam saatlarında normal istirahət edin.
 
Buğa - Gözləntilərinizdə yanıla bilərsiniz. Mövqelərinizə diqqət yetirin. İrəliləyişlər səylər və cəhdlərsiz mümkün deyil. Maliyyə problemləri, nəzərdə tutulmamış xərclər olacaq.
Birgə fəaliyyət üçün tələb olunan işləri görün.
Günün ikinci yarısında tərəfdaşlıq və əməkdaşlıq məsələləri ön plana çıxacaq. Gəlir vəd edən layihəni reallaşdırın. Önəmli durumla bağlı situasiyada dəyişikliklər olacaq. Sınaqlardan, eksperimentlərdən qorxmayın.
İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Xərcləri minimuma endirin.
 
Əkizlər - Uğurlu gündür. Yaxın ətrafınıza sərt təzyiq etməsəniz, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Yaşam proseslərinin mahiyyətini anlasanız, sədlərlə maneələri asanlıqla dəf edəcəksiniz. Yaxşı tanıdığınızı düşündüyünüz insanın indiyədək mübhəm qalmış yönlərini aşkarlaya bilərsiniz.
Günün ikinci yarısında təcrübənizi artırın.
Gərəkli informasiyanı əldə etməyə imkan verəcək qərarları təxirə salmayın. Məsləhətlər alın, məlumatları saf-çürük edin. Romantik münasibətlər əlavə impulslar alacaq. Axşam saatlarına yaxın etiraflar, açıq söhbət, perspektiv planların müzakirəsi üçün əlverişli imkanlar yaranacaq. Cari hadisələrin zahiri sadəliyi sizi aldatmasın. Ciddi yeniliklər olacaq.
 
Xərçəng - Problemlərin çözülməsində qeyri-standart metodlar daha effektivdir. Bütün qayda və təlimatlara riayət etmək, sadəcə, mümkün deyil. Uzun müddətdən bəri sizə opponent olmuş insanla dil tapa bilərsiniz.
Günün ikinci yarısı məhsuldardır. Çoxdan bəri həllini gözləyən məsələni çözün.
Macəralar və avantüralara qatılmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Subaysınızsa, bəxtinizi bir daha sınaya bilərsiniz.
 
Şir - Günün ilk yarısında aktiv olun. Yersiz və səbəbsiz etiraflar gözlənilməz nəticələr verə bilər. Parlaq, maraqlı olaylar əslində fərqli məzmunda olacaq. Situasiyanı diqqətlə izləyin.
Emosional əlaqələrinizin olduğu insanlarla bağlı gözləntiləriniz doğrulmaya bilər.
Günün ikinci yarısında zərurət olmadan təşəbbüskarlıq etməyin. Yeni işlərə başlamayın, vurnuxmalara qapılmayın. Tələskənliyə yol verməyin.
Daxilinizdə üsyan istəyi var. Qısa müddətdə effektiv nəticə verə biləcək işlə məşğul olmayın. Yaxın gələcəklə bağlı planlarınızı dürüst planlaşdırın.
 
Qız - Mövqelərinizi qoruyun. Fəaliyyətinizi ətrafınızdakı insanlardan bir qədər təcrid edin. Emosional baxımdan mürəkkəb gündür. Romantika olmayacaq.
Hədiyyə gözləməyin. Tənhalığa qapılmayın, müstəqil olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi riskli işlərə cəlb etməyə çalışacaqlar. Başqalarının planlarında fiqura çevrilməyin.
Bildiyiniz sirlər barədə danışmayın. Səhhətinizə fikir verin. Profilaktiki tədbirləri unutmayın. Sizə qayğı ilə yanaşacaq insanlar var.
Alış-verişə yollanmaq olar.
 
Tərəzi - Maraqlarınızın təminatı üçün sayıq və huşyar olun. Yaşamınızı özünüzü dəyişə bilərsiniz.
Təəssüratlarla emosiyalar yenilənəcək. Eksperimentlər apararaq biliklərlə bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Çox işlərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında ehtiyatlı olun. Çılğın insan təsir bağışlamayın. Başladığınız işləri səliqəli görün. Yaxın ətrafınızdakı insanları müşahidə edin. Yalnız ifrat zərurət yaranarsa risk edin.
Alış-verişdə bədxərclik etməyin.
 
Əqrəb - Günün ilk yarısında yaxın ətrafınızdakı insanların hədsiz gözləntiləri ilə qarşılaşacaqsınız. İradlar və tənqidlər üçün münasib zaman deyil. İstirahət, əyləncə istəklərini təxirə salın.
İşgüzar ünsiyyətə üstünlük verin. Başqasının rahatlığı üçün prinsiplərinizdən imtina etməyin. Müəyyən çərçivələr daxilində aktivlik pis deyil.
Günün ikinci yarısında ciddi işlərlə məşğul olun. Maliyyə məsələlərinə xüsusi fikir verin.
Rəqabətə davamlılığınızı yoxlayan insan var. Kiçik itkilər istisna deyil. Amma məqsədə doğru qətiyyətlə irəliləyin.
 
Oxatan - Dəyər verdiyiniz insanların istəklərini və niyyətlərini anlamağa çalışın. Kömək gözləyən insanlara yardım edin. Laqeyd olsanız, bunu sizə deməyəcəklər, amma unutmayacaqlar.
Günün ikinci yarısında həmkarlar və dostlarla birgə fəaliyyətdə xeyir var. Qərarlar qəbul edərkən yalnız öz qüvvənizə güvənin. Yalan, şayiə, intriqa istisna deyil.
Axşam saatlarına yaxın əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Alış-veriş üçün əlverişli zaman deyil. İmpulsiv addımlar atmayın.
 
Oğlaq - Müşahidə və təhlil üçün yetərincə xəbər alacaqsınız. Bəzi insanları yaxşı tanımadığınızı anlayacaqsınız. Darıxmaq üçün vaxt olmayacaq.
Yaxın ətrafınızdakı insanların nə işlə məşğul olduqlarını bilin. Yardım gözləyən insan var.
Günün ikinci yarısında hərəkətlərinizdə sadəlövhlük və səbirsizlik olmamalıdır. Etiraflardan çəkinin. Emosional əlaqələri inkişaf etdirin. İllüziyaların dağılması istisna deyil. Köhnə plandan əl çəkin, yeni seçim edin.
Yaradıcılıqla məşğul olmaq üçün axşam saatları əlverişlidir.
 
Dolça - Başladığınız işləri yarımçıq qoymayın. Günün ilk yarısında rutin tapşırıqların öhdəsindən gəlin. Mübahisələrə, yarışlara qatılmayın. Yaxın ətrafınızdakı insanların müqaviməti ilə qarşılaşa bilərsiniz. Dartışmalarda iştirak etməyin. Deyilənlərə rəğmən, hər kəs öz mövqeyində qalacaq.
Günün ikinci yarısında əhvalınız korlana bilər.
Məlumat arayın, eksperimentlər aparın, özünüzü sınayın. Şəxsi münasibətlər üçün sakit zaman deyil. İradların və tənələrin sayını artırmayın. Dəyər verdiyiniz insanı incitməyin.
Maliyyə məsələləri ilə bağlı təkliflərə tələ... cavab verməyin.
 
Balıqlar - Günün ilk yarısında işlərə müsbət emosiyalarla başlayın. Qüvvəniz artacaq, yaşam enerjinizin səviyyəsi yüksələcək. Əhvalınız nikbin olsun.
Ciddi işləri uğurla həll etmək mümkündür.
Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək məsləhətdir. Axşam saatlarına yaxın dostlarla görüş yaxşı nəticə verəcək. Səhhətinizin qeydinə qalın.
Zərərli vərdişlərdən birindən imtina etmək, pəhriz saxlamağa başlamaq üçün münasib zamandır.
 



{poster_avatar}  editor
873 12.04.15


  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şifrə görsənmirsə yenilə





Avatar
flyen  14:12, 07 avqust

In an attempt to reduce the number of cheap ray ban fake bags listed on its website, eBay has recently announced the launch of eBay Authenticate, a service for verifying purchases of cheap polo ralph lauren luxury goods on the marketplace. However, the service is still in its infancy with limited details currently available about who will Cheap Longchamp authenticate the items and the exact cost to the buyer or seller. In the meantime, it is highly recommended to conduct thorough research into the seller and listing before purchasing a Hermès bag on eBay and only to replica handbags use verifiable and trusted retailers.

Cavab

Avatar
Roshan  14:49, 04 yanvar

Zenmate Crack
I am very comfortable and pleased to come here. Thank you very much.

Cavab

Avatar
Dasi  17:00, 04 yanvar

Wondershare Filmora Registration Code
Excellent and nice article. when user want to get important information then visit our site.

Idm Free Download
This is very much a work in progress whenever I find out about one who is more beautiful than any of these I will add her and kick out number ten Thanks for sharing the informative post.

Cavab

Avatar
Happy  17:02, 04 yanvar

Sims 3 Torrents
Good information.

Cavab

Avatar
Jugnu  17:04, 04 yanvar

Malwarebytes Free
I am very comfortable and pleased to come here. Thank you very much.

Cavab

Avatar
Ayushman  17:05, 04 yanvar

Ms Toolkit
Thanks your post it really so helpful......

Cavab