Su Pərisi Haqqında ŞOK Məlumatlar » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » Su Pərisi Haqqında ŞOK Məlumatlar


Su Pərisi Haqqında ŞOK Məlumatlar

 

 

 

Dərisi hamar və soyuq, gözləri yaşıl...

Bir sıra mifoloji məxluqlar kimi su pəriləri haqqında da daha bol məlumata yunanların miflərində rast gəlirik. Qədim yunanların inancına görə, suda boğulmuş, yaxud suçlu qadınların ruhları ya su pərilərinə, ya da nimfalara çevrilir. Ortaboylu, uzun saçlı bu məxluqların dərisi hamar və soyuq, gözləri yaşıl, ya da qırmızı olur. Buna baxmayaraq, çox maraqlıdır ki, müxtəlif xalqların mifologiyasında su pəriləri fərqli təsvir olunurlar. Məsələn, slavyan mifologiyasına görə, su pəriləri bizim təsəvvürümüzdə olan gözəl pərilər deyil, qoca ifritələr kimi də zühur eləyə bilərlər. Belə su pəriləri qorxuludurlar, insanlara nifrət edirlər, bizim təbirimizcə desək, qulyabanının bir tayıdırlar. Onlar dənizçiləri simalarına uyğun olmayan xoş səslərlə yollarından azdıra bilirlər. Amma bütün fərqliliklərə baxmayaraq, qədim zamanlardan üzübəri su pərilərini gördüklərini iddia eləyən çoxsaylı şahidlərin təsvirlərinə əsaslanan tədqiqatçılar ümumi ölçüləri və xüsusiyyətləri tapa biliblər. XVII əsrdə yaşamış alman təbiətşünası İohan Yonetonus özünün "Balıqların və balinaların təbii tarixi” adlı əsərində yazır ki, bütün böyük su pərilərinin çəkisi insanın çəkisindən az olur: "Buna baxmayaraq şahidlərin ifadələrinin analizi göstərir ki, "dəniz adamları” müxtəlif boyda – 3-4 yaşlı körpənin boyundan tutmuş 2 metrə qədər olurlar. Ancaq dənizçilər və balıqçılar əsasən 150-170 sm rəqəminin üstündə dayanırlar”.

Yonetus daha sonra iddia edir ki, su pərilərinin qidası yosun və müxtəlif dəniz ilbizləri, xırda balıqlar ola bilər. Məsələn, su pərilərinin qədim təsvirlərinin bir çoxunda onlar əllərində balıq olaraq təsvir edilirlər. Yonetus o dövrdə balıqlar haqqında ona məlum olan informasiyalara, həmçinin söyləmələrə əsaslanaraq su pərilərinin eynən insanlar kimi doğub törədiyini bildirirdi. Alim bu məsələdə daha çox su pərilərinin kişilərə olan münasibətlərinə, onlarla nikaha girən dənizçilər, balıqçılar haqqında rəvayətlərə istinad edirdi. Həqiqətən, yunanların, irlandların, şotlandların, german və slavyan tayfalarının etnoslarında, rəvayətlərində su pəriləri ilə insanların nikahından doğulan uşaqlar barədə çox danışılır. Bu uşaqlardan bəziləri eynən su pəriləri kimi qurşaqdan yuxarı insan, qurşaqdan aşağı balıq bədənində doğularaq suda yaşayıblar, bir qismi isə normal insan kimi məşhur sülalələrin əsasını qoyublar. Bunlarla belə, maraqlıdır ki, təbiətşünas su pərilərinin eynən balıqlar kimi onurğasız olduqlarını da iddia edirdi. "...Azərbaycanın ucqar dağ kəndində yerli sakinlər ev heyvanlarına hücum eləyən qəribə məxluqla rastlaşıblar. Bu məxluq insana oxşayırmış və bədəni başdan-ayağa tüklə örtülübmüş...”. Yəqin ki, bu məlumatı haradansa, nə vaxtsa mütləq oxumusunuz. İndi mətbuatdan götürdüyümüz başqa bir informasiyaya nəzər salaq: "Xəzər dənizində azərbaycanlı dənizçilər suda yarıbalıq, yarıinsan qəribə bir məxluq görüblər. Onun baş hissəsində yaşıl saçı varmış, bədəninin uzunluğu 1 metr 60 sm olarmış...”.

Bu tipli informasiyalardan çox nümunələr gətirə bilərik. Ancaq faktları sadalamaqdansa, konkretlik naminə belə ağız söhbətlərindən yayınıb digər mühüm məqam üzərində diqqətimizi cəmləşdirək və su pəriləri haqqında müasir dünyada formalaşmış bir neçə mühüm istiqaməti şərh edək.

Bütün anomal hadisələr və anomal varlıqlara münasibətdə olduğu kimi su pəriləri ilə bağlı da əsasən 3 nəzəriyyə mövcuddur.

Nəzəriyyələr nə deyir?

Birinci nəzəriyyəyə görə su pəriləri XIX əsrin ortalarına qədər yaşayıblar. Əsasən müasir zooloqlar və təbiətşünasların bir qismi tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə, bizdən çox da uzaq olmayan keçmişdə, hətta ola bilər ki, bizim zamanımızda yarıinsan, yarıbalıq formasında olan varlıqların yaşadığı sualtı sivilizasiya mövcud olub, hətta mövcuddur. Amerika zooloqu Karl Banze su pəriləri haqqında əlində olan materialları analiz elədikdən sonra 1990-cı ildə yazdığı "Su pəriləri biologiyasının əsasları” adlı əsərində iddia edir ki, Aristotel tərəfindən təsviri verilən su pəriləri əsrlər sonra da müxtəlif insanlar tərəfindən təsvir ediliblər: "Tipik su pəriləri binokulyar görmə qabiliyyətinə malikdirlər. Yəni, onların hər iki gözü bir istiqamətdə baxır. Bütün təsvirlərdə su pərilərinin danışan böyük başları təsvir edilib. Deməli, onların həm də inkişaf eləmiş beyinləri var”. Beləliklə, bu nəzəriyyəyə görə, paralel dünyalar mövcuddur, su pəriləri də Qar adamı, qulyabanılar və digər bu misallı məxluqlar kimi həmin dünyaların birində yaşayırlar.

Ikinci nəzəriyyə də akademik elmin prinsiplərindən xeyli fərqlənir və yer üzündə həyatın ilahi başlanğıca malik olduğu fikrini müdafiə edir. Bu nəzəriyyəyə görə, bəşəriyyət təkamülü proqres deyil, reqressiyaya məruz qalıb. Yəni, nə vaxtsa bizim planetdə müxtəlif irqlərə və tiplərə məxsus insanlar yaşayıblar. Bunlar insan–heyvanlar, insanlar və ali insanlar olublar. Bu nəzəriyyəyə görə, barəsində danışdığımız su pəriləri də insan–heyvanlar tipinə aiddir. İngilis tədqiqatçıları Maykl Kremo və Riçard Tompson "Bəşəriyyətin naməlum tarixi” kitabında təxminən bu fikri müdafiə edirlər. Müəlliflər yazırlar ki, bu gün müxtəlif xalqların miflərində, əsatirlərində təsvir olunan mifoloji varlıqlar nə vaxtsa yaşayıblar, sadəcə bir sıra qlobal təbii fəlakətlər zamanı tələf olublar. Həqiqətən, ağlabatan fikirdir. Məsələn, Peruda tapılmış Mazma mədəniyyəti nümunələrində bu yerlərdə heç vaxt görünməyən heyvanların – fillərin, şirlərin, dəvələrin təsvirləri tapılıb. Bu mədəniyyəti üzərində yaşatmış qayalıqlarda Qafqaz, Misir və zənci tipinə aid insanların üz cizgiləri də yer alıb. Bu kimi faktları nəzərə alanda belə fərz eləmək olar ki, su pəriləri də nə vaxtsa yaşayıblar, ancaq sonradan müəyyən qlobal təbii kataklizmlər nəticəsində məhv olublar. Yeri gəlmişkən qeyd edək ki, bu nəzəriyyənin tərəfdarları sadaladığımız faktlardan, yəni heyvanat aləminin xeyli "nüsxələrinin” təbii fəlakətlər nəticəsində məhv olması kimi elmi dəlillərdən bolluca faydalana bilirlər. 

Üçüncü nəzəriyyə daha çox elmliyi və anomal hadisələrə son dərəcə skeptik yanaşması ilə fərqlənir. Nəzəriyyə tərəfdarlarına görə, əslində elmin izah eləyə bilmədiyi və yalnız ayrı-ayrı insanların "şahidliyi” əsasında formalaşmış bu cür olaylar ya daxili, ya da xarici amillərin təsiriylə deformasiyaya uğramış insan təxəyyülünün məhsuludur. Ümumiyyətlə, su pərilərinin, əjdahaların elmi baxımdan öyrənilməsi tarixən mifologiya və zoologiya arasında özünə yer eləmiş elm sahəsinə aid olub. Ancaq tədqiqatçılar bunu yanlış hesab edirlər və haqlı olaraq məsələyə həkimlərin, fiziklərin, həmçinin psixoterapevtlərin də qarışmasının vacibliyinə diqqəti çəkirlər. Məsələn, 1981-ci ildə Kanada alimləri Len və Şreder orta əsrlərin Skandinaviya əlyazmalarında su pərisi barədə şahidlərin ifadələri əsasında hazırlanmış mətnləri analiz edərək belə nəticəyə gəlmişdilər ki, su pərisi gördüklərini iddia eləyənlər sadəcə, dəniz heyvanlarının atmosferdə işıq sınması nəticəsində təhrif olunmuş təsvirlərini görüblər. Digər bir alim psixoterapevt Linda Karter-Eykin fikrincəsə, okean, dəniz insanların şüuraltına təsir göstərir və su pərisi obrazının yaranmasına gətirib çıxarır. Onu da xatırladaq ki, alimlər uzunmüddətli səfərlərdə, müasir Robinzon demiş, "yenə dəniz” görməkdən zinhara gələn dənizçilərin hansısa dəniz heyvanını qadın obrazında görə biləcəklərini də mümkün sayırlar... Lap qəşəng su pəriləri kimi...

İlham Tumas





4917 24.03.15


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler





Avatar
Baba  12:46, 23 aprel

Heyatin cox Siri ve allahin cox mocuzeleri var onu hec kim deye bilmez ki insan royal bir seyler gorur

Cavab

Avatar
begwer  11:06, 05 noyabr

Comment atteint-il une telle perm entre d'un c sa photographie de l'Angleterre d'aujourd'hui et de l'autre la forme non seulement exp mais carr alien de ses visions ? La r il la donne travers son admiration air max foot locker pas cher pour Robert Bresson : "Son regard est d mais parfaitement humain." Certes, mais ne saurait suffire comme explication. Il va falloir chercher des pistes dans la m " On a cr un dispositif. Avec l'ing du nike pas cher son, on install l'arri du break, en planque. Scarlett roulait, elle rep un mec, on lui disait de l'accoster. La cam tournait d Elle vraiment dans le r de la pr Elle nous disait : "Celui-l ?", "Oui, celui-l Essaie-le !" ".

Scarlett Johansson dans le film "Under the Skin" AFP

Un des gar que Glazer avait quand m choisi au chaussure nike tennis pr a un visage diff qu'il est oblig de masquer sous une capuche. A ce moment-l on a peur pour le film, qu'il aille avec trop de confiance vers l o glisse. Mais c'est cet endroit pr qu'au contraire il prouvera son intelligence, sa sensibilit "Quand elle dit ce gar qu'il a de belles mains - et mon dieu que ce gar avait de belles mains -, elle est air max safari pas cher dans la v du film : l'app curieux, irr pour l'autre. C'est La Belle et la B mais invers : chez moi, c'est Scarlett, la

Cavab

Avatar
kgh  06:07, 03 yanvar

to further update the Longines watch design Jia haze series, not only launched the case size of larger size, but also provide more exquisite replica watches uk dial selection. However, Longines watch case series haze modeling still slim fashion, as replica rolex in the past. Similarly, there is replica rolex no change, as well as replica watches uk the classic series of the charm of the charm of elegance.a

Cavab

Avatar
leuri  09:48, 10 may

Als u liever niet voor een rosékleurig imitatie horloges heren gaat zijn er ook nog ingetogen en zilverkleurige imitatie horloges met enkel opvallende wijzerplaten.

Cavab

Avatar
imitatie horloges  12:08, 04 iyul

Both cheap and gorgeous fine imitation watches; replica horloges filling your success style!
imitatie horloges Replica watch online.

Cavab

Avatar
difficult situation  15:26, 19 avqust

difficult situation
Well, this got me thinking what other workouts are good for those of us who find ourselves on the road or have limited equipment options.

Cavab

Avatar
xcv xcv  07:25, 31 yanvar


Cavab