Şor qoğal resepti » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » Şor qoğal resepti


Şor qoğal resepti

Əslində, Novruz süfrəsinə duzlu (şor) deyil, şirin qoğal qoyarlar. Şirin qoğalın xəmiri və hazırlanma qaydası də aşağıda göstərdiyimiz kimidir, fərq içidir ki, onu da qoz-fındıq və şəkər tozunun bərabər nisbətdə qarışığından hazırlayırlar. 


Tərkibi (16 -18 ədəd üçün):
Xəmir üçün:

1 paket (2 1/4 ç.q.) toz maya
1 stəkan ilıq su
6 stəkan un + xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd - otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

İç üçün:
2 x.q. cirə
2 x.q. razyana
0,5 ç.q. sarıkök
1 ç.q. duz
bir çay qaşığının 1/4-i qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Yağlamaq üçün:
500 q əridilmiş yağ

Üstü üçün:
2 yumurta sarısı
1 x.q. xaş-xaş

Hazırlanması:
Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda bir az da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.Bu müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq, amma bu o qədər də vacib deyil - onları olduğu kimi də istifadə edə bilərsiz).
Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın - yağı əridin,duz əlavə edib kənara qoyun.

2 iri soba sinisini hazırlayıb kənara qoyun.

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

Bir az un səpilmiş taxtada bir kündəni 50 sm-lik dairə alınanadək yayın.

Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

4 x.q. yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa, hamısını yağlayın (hər sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). İndi isə ehtiyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi dartın.

İti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm uzunluğunda düzbucaqlı şəridlərə kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.
1-ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2-ci üsul (bu üsul xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).

Oyuğun içinə bir x.q. yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.

Qoğalları bir-birindən aralı vəziyyətdə sinilərə düzün.

Əvvəlcədən sobanı 180 dərəcəyədək qızdırın.

Qoğalların mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun. Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə ərzində və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra sinilərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.

Nuş olsun!




2538 12.03.15


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler





Avatar
Replica Handbags  08:11, 09 may

I love it when fashion and art collide into a Designer Handbags wonderful new breed of expression. I often post about cute art works that also weave into the fashion world so beautifully. I think that seeing photographs like this are 2015 Replica Handbags more than enough to brighten my day. Photographer Paul Graves created his own world filled with Rolex Watches animals to love. His petting zoo, (pictured above and below) features his take on cutesy animals make out of Replica Designer Handbags and accessories.

Cavab

Avatar
loemrntdherid1  10:56, 27 iyul

<P>A cheap jordans troublesome beats by dre fighter beats earbuds ready nike air max to flower</P>
<P></P>
<P>BRISTOL, CT(WFSB) christian louboutin sneakers To be cheap beats able Black And White Superstars to criminal, cheap jordans for sale Some unwilling moncler outlet recipient nike shoes on sale received slightly needed cheap nike basketball shoes rubbish accessible nike factory store to puma outlet be found nike outlet online

Cavab

Avatar
flyen  14:13, 07 avqust

Another version, the Multiple Wallet in elegant Taiga Leather, is also ideal for cheap mulberry bags storing cash, cards, and receipts. The Zippy Coin Purse Vertical is the masculine version of the Zippy Coin purse for women, featuring a wide fake rolex watches zip closure for storing coins and cards.When it comes to the traditional yet trendy wallets, the James Wallet, as well as the Slender Wallet, are the most optimal options. Compact and practical, these wallets can fit cheap toms shoes in your front or back pocket with ease.

Cavab

Avatar
kevin  11:56, 29 sentyabr

钯碳回收价格具有极佳的物理与化学性能,耐高温 耐腐蚀 耐磨损和具有极强的伸展性,钯碳催化剂回收在纯度 稀有度及耐久度上是无法替代,钯碳催化剂回收的还原过程一般采用氢气 肼 甲醛溶液酸纳,硼氢化纳还原。

Cavab