Toya 16 min qonaq dəvət edilib » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » Toya 16 min qonaq dəvət edilib


Toya 16 min qonaq dəvət edilib

Hindistanın ən zəngin ailəsi öz qızına toy edib. İllərdir ki, Londonda yaşayan ailənin övladı Sanjay Hinduja sevgilisi Anu Mahtani ilə ailə qurub. Cütlüyün toyu üç gün, üç gecə davam edib. Toyda Cennifer Lopez və Nikol Şerzinqer iştirak ediblər. Hər iki ulduz bir gecə üçün 1 milyon sterlinq qonorar tələb ediblər.

Toya 16 min qonaq dəvət edilib. Nəinki Hindistandan, dünyanın dörd bir tərəfindən 280 özəl təyyarə ilə Londona gətirilən qonaqlar daha sonra yüzlərlə özəl yaxta ilə toyun baş tutduğu Pikola gölünün ortasındakı adaya aparılıblar.

Toyun keçirildiyi 3 gün, 3 gecə ərzində qonaqlar dünyanın ən lüks oteli olan "Jagmandir Island Palace”da (gecəsi 3 min sterlinqdir) qalıblar. Bütün qonaqlara sari geyinmələri şərt qoyulub. Sariləri ölkənin ən məşhur modelyeri Maniş Malhtora hazırlayıb.

Ailə toy üçün 15 milyon sterlinq xərcləyib.

Qeyd edək ki, Sanjay Hinduja 26 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısında yer alıb.

Toya 16 min qonaq dəvət edilib

 

Toya 16 min qonaq dəvət edilib

 

Toya 16 min qonaq dəvət edilib

 

Toya 16 min qonaq dəvət edilib

 

Toya 16 min qonaq dəvət edilib

 



 

 



 




943 21.02.15


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler