İdeal sevgili necə olur » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » İdeal sevgili necə olur


İdeal sevgili necə olur

İdeal sevgili necə olur

 

 

O, sizin böyük heyranınızdır – həyatındakı bütün ilklər sıralamasını tamamilə sizi diqqətə alaraq yerinə yetirir. Sözün əsl  mənasında sizə  heyrandır. Bəlkə həyatının mərkəzi siz deyilsiz, amma həyatının mərkəzində olan  şeylər içində əminliklə deyə bilərik ki, sizdə varsınız.

Sizinlə əyləncəli, ciddi, intellektual söhbətlər edə bilir- sizinlə sırf danışmış olmaq üçün danışmır. İntellektual  söhbətlər başladıb sizinlə saatlarca  bu mövzu ilə bağlı danışa bilər.  Yeri gələr  siyasət, yeri gələr  bir kitab, yeri  gələr münasibətiniz, yeri gələr bir film haqqında uzunuzadı söhbət edə bilərsiniz.

Sizi dinləyir – hər zaman deyərik amma bu vacibdir. Sevdiyiniz sizi dinləyir,  sizə qulaq asır, söylədiklərinizi nəzərə alır. Dinləyirmiş kimi görününb ağlından başqa şeylər keçirmir. Bu vacibdir, sevdiyiniz sizi dinləyirsə bilin ki, mükəmməl biri ilə qarşlaşmısınız.

Sizi bezdirmir, sizə azadlıq verir – kişi olan qısqanar deyib həyatı sizə dar etmir. Sizə dostlarınızla, ailənizlə keçirə biləcəyiniz, tək başınıza konsertə, kinoya  gedə biləcəyiniz  azadlıq verir. Hər şeyi qədərində edən,  narahatlıq verməyən  biridir.

Sizə eşitmək istədiklərinizi deyil hər zaman gerçəyi deyir – o zaman mükəmməl biri ilə birlikdəsiniz. Həqiqətləri eşitməyə hazır olun. Sizə əsla eşitmək istədiklərinizi deməz, nə qədər acı olsa belə həqiqətləri eşitmək istədiyinizə inanar və ona görə danışar.

Xətalarını qəbul etmək mövzusunda bir sıxıntısı yoxdur  -  xətalarını anladığında, xətasında  təkidli olmur. Xətalı olmaqla bağlı bir narahatçılığı və güvənsizliyi yoxdur.

Etdiyi işə sevgilə bağlıdır – nə əlaqəsi var deməyin, həyatındakı əsas sıralamada  üst qismdə olsanız da işinə də əhəmiyyət verməsi vacibdir. İşinə sevgilə bağlı, sevərək işləyən, sevdiyi işi görən bir kişi qədər mükəmməli çətin tapılır. İş həyatındakı  dəyişiklərin bütün həyatına təsir etdiyini düşünsək,  iş həyatında xoşbəxtliyi tapmış  bir kişi şəxsi həyatında da sizi xoşbəxt edəcəyinə tam əmin ola bilərsiniz.

Baxımına diqqət edir – həm fiziki həm ruhi baxımdan özünə diqqət edən kişi demək ki, sizə həm də özünə  dəyər verir. Baxımlı, sağlam, gözəl geyinən, gözəl qoxulu, dişləri  tər-təmiz, yumuşaq əllərə sahib olan bir kişi ...

Sözlərilə, sürpizlərilə sizi əzizləməyi çox gözəl bacarır – arada bir etdiyi kiçik sürpirzlər, dediyi kiçik xoş bir söz ilə sizin ağlınızı başınızdan çıxarmağı çox gözəl bacarır. Münasibətinizi necə yeni tutacağı, sizi necə təsirləndirəcəyi  mövzusunda tərəddüdləri və çəkinmələri  yoxdur. 

Dostlarınıza qarşı olduqca mülayim və anlayışlıdır – sadəcə sizə deyil mütəmadi görüşdüyünüz dostlarınıza qarşıda son dərəcə mülayim və anlayışlı biridir. Onlarla zaman keçirmənizə qarışmadığı  kimi, arada bir sizə qoşulduğu  görüşlərdə dostlarınızında ağlını başlarından çıxarmağı da  bacarır. Dostlarınız arasında da bir xeyli  məşhurdur.

Ümumi olaraq insanlara hörmət edən – qaba, kobud, nataraz, söyüşcül, əsəbi biri deyildir.  Müzakirə ədəbini bilir, dərhal hadisəni davaya çevirmir. Yaşadığı cəmiyyətə və insanlara hörmət edən, xoşrəftar biridir.

Onun ardıyca tökdüklərini yığmanıza, ona uşaq baxıcılığı etmənizə ehtiyacı yoxdur, yaşadığı  evi  təmiz, səliqəli, nizamlı saxlayır – kişi deyilmi?  Təbii ki, dağınıq olacaq deyə bir şey yoxdur. Arxasıyca gəzmənizə, dağıtdıqlarını yerlərinə yığmanıza əsas yoxdur.

Ailənizlə çox yaxşı münasibət qurur - əgər tanış etmisinizsə ailənizlə arası çox gözəldir. Onların yanında çox rahat, çəkinmir. Siz də stress keçirmirsiz, rahatlıqla onu tək qoyub mətbəxə  və ya başqa yerə gedə bilərsiz.

Sizi itirməyi əsla istəmir  amma bundan qorxmayacaq qədər də özünə güvənən biridir – sizə vurğun, sizi sevir, sizi itirməyi istəmir ancaq bu hal xəstəlik səviyyəsində deyil . Özünə güvənən, nə istədiyini bilən,  sizi məcburən deyil,  sizin istəyinizlə yanında saxlayan biridir.




985 02.12.14


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler





Avatar
replica watches  08:45, 20 aprel

Recently,Omega GMT replika klockor I sat down and spoke with Mrs. Claus. She was in town for a home and garden show at the Georgia World Congress Center. "I've never seen him act like this, she said.repliche orologi Italia And to tell you the truth, I've been noticing the same thing. He's been everywhere, doing everything. bbzimmerman has some photos of him Scuba diving. Sometimes Santa likes to get away and hang with the boys,repliche orologi Omega as evidenced by his appearance at Santacon in San Francisco, California. He's even been spotted on the beach in Brazil, cavorting in breitling replica watches Latvia, riding a rickshaw and driving a tractor. "He's not getting any younger, Mrs. Claus said. "I guess this is his way of coping with being the jolly old elf,audemars piguet replica watches He seems to be doing better than the Grinch, who stoncray last saw aiming his radar gun to catch speeders in Orlando, Florida. Where have you seen Santa Claus? Send us your photos and video of Father Christmas breitling replica watches and holiday celebrations.

Cavab