Qadın qisqanarsaa....... » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » Qadın qisqanarsaa.......


Qadın qisqanarsaa.......


Qadın qısqanarsa əvvəl özünə pislik edər, sonra sevdiyinə. Qadın qısqanarsa kişinin edəcəyi ən doğru şey qadında bu duyğunu yox edəcək çox sıx bir sevgiylə bağlanmağıdır. Qadın qısqanarsa kişi onu başa düşməli və ona kömək etməlidir. Qadın qısqanarsa kişi bunu azadlığına müdaxilə olaraq qəbul edərsə sevgi bitər. Qadın qısqanarsa mütləq yoldaşını çox sevir, amma bu sevgini təyin etməkdə çətinlikləri vardır. Qadın qısqanırsa kişinin sevgisində əskik olan nəsə  vardır. Qadın qısqanırsa ortaya çox əzabverici nəticələr çıxa bilər. Qadın qısqanarsa sonrası təxmin edilməyəcək vəziyyətdir. Ya hər iki tərəf yara alır, ya da eşq bitər .Çünki kişilər əksər vaxt "qadın haqlıdır" deməzlər, deyə bilməzlər. Qadın əvvəl düşünür, dişlərini sıxır, bir az susar, bir az baxar, sonra yavaş-yavaş ən qorxunc planlarını hazırlamağa başlayır. Hər cür düşüncələr ağıla, xəyala gəlməyəcək şəkildə  beyinə işləyir. Hər detalı düşünür, lahiyəsini tamamladıqdan sonra "intiqam cədvəli" hazırlayır.
Qadın qısqanırsa həmcinsi də olsanız, qarşı cins də olsanız ağıllı bir qadının qısqanclığından qətiliklə qorxun. Çünki təxmin edə bilməyəcəyiniz bir mərhəmətsizlik, sonunda qan rəvan içində qalacağınız bir savaşın ortasında qalarsınız.
Qadın qısqanırsa tükənmişsiniz deməkdir. Bunu başa düşdüyünüz vaxt ya çox gec qalmısınız, ya da artıq yaşamırsınız. Sizə elə şeylər edəcəkdir ki, heç nə anlamayacaqsınız. Yeri gəldiyində "Düşmənim belə etməz bunu" deyə bilərsiniz. Hələ  sizi elə bir vəziyyətə salacaqdır ki,siz acı çəkərkən qarşınızda heç bir şey yoxmuş kimi bir vəziyyətdə görünüb əslində nə qədər sevincli olduğunu gizlətdiyini anlayarsınız. O mərhələyə gəlmizsinizsə artıq başa düşmüsünüz ki, qadınlar qarşılıqsız heç bir şey etməzlər.
Qadın qısqanırsa əzmindən qorunmaq üçün ya heç sevməyəcəksiniz, ya da qətiliklə insan yerinə qoymamağı öyrənəcəksiniz. Əks halda sizdən əvəz çıxmadıqca əl çəkməzlər. "Mənim olmayan heç kimin ola bilməz" dedikləri üçün o vaxtdan sonra sizdən geriyə qalan ancaq bir dağıntı ola bilər. (Keçmiş olsun)

Qadın əslində qısqanmamalıdır. İnsan sevdiyi insanın yanında olanda, ya da uzağında olanda o insana inanırsa, güvənirsə bu hər iki tərəfi narahat etməz. Amma elə zaman olur ki, qadınlar kişilərin onların sözündən çıxmasına icazə verməzlər. Bu növ qadınlar sözlərindən çıxan kişilərin normal həyatını pozmaq üçün qısqanmağa başlayarlar. Qısqanclığın normal dərəcədə olanı problemsizdir,  amma bəzi insanlar xəstəlik şəklində qısqanırlar. Bu da hər kəsi narahat edə bilər.

Qarşı cins sevgilisini itirmək təhlükəsi hiss etdiyində qorumaq məqsədi ilə qısqaanclıq rejminə keçir. Sevgilisini qısqanmağı təbii ki, lazımdır bu sevdiyinin ən böyük isbatıdır, amma normal dərəcədə.

Baxın bu mövzuda qadınlar nə deyir:

-Birlikdə olduğumuz müddətdə qısqanclıq səbəblərindən xeyli dava-dalaşlarımız olurdu. Çoxu da mənim qısqanclığım ücbatından baş verirdi. Vaxt keçdikcə, insan qarşısındakı insana inandıqca, güvəndikcə qıqanclığı idarə etməyi bacarır və belə halda da xoşbəxt həyat sürür.

-Mənim fikrimcə həyat yoldaşıma yaxınlaşan hər bir qadın təhlükəlidir. Xüsusən də qadının davranışlarının sərhədi yoxdursa.

Əslində bir tərəfdən bu da qısqanclıqdır. Bəzən varlığımı hiss etdirmək üçün normalda davrandığımdan fərqli davranıram.

-Bir xanım üstəlik gözəl bir xanım mənim həyat yoldaşımla dostluq edirsə heç kim inciməsin bunun altından gec-tez nə isə çıxar.

Mən buna icazə verə bilmərəm, icazə verənlərə də hörmətlə yanaşaram.

-O yaxınlaşmalar varsa əgər qısqanclıq hiss etdiyimiz duyğu mənim fikrimcə qısqanclıq deyildir. 

Paylaşmaq istəməmək,qəzəblənmək,hisrlənmək,başa düşülməmək duyğusudur.

Bu belə gəldi, belə də gedəcək. Heç kim səbəbini həll edə bilməyəcək. O qədər çox səbəb var ki...

-Bir qadının ən böyük düşməni yenə bir qadındır. Həyat yoldaşımı çox qıqanıram, amma hər dəfə qısqandığımı büruzə vermirəm.

Qadın qısqanarsa kişi həyacanlanmamalıdır, sakit olmalıdır. Oturub qadınla danışmalı, niyə qısqandığını soruşmalıdır və başa düşməyə çalışmalıdır. Duruşu ilə, davranışı ilə güvən verməlidir qadına. Başqa cür bu problemi həll etmək daha da çətinləşər.

Kişilərdə cinsəllik, qadınlarda duyğusallıq dövrəyə girdiyində qısqanclıq baş verir. Almanyadakı Bielefeld Universitetində oğlan və qızların fərqli qısqanclıq mövqelərini incələdilər. Oğlanlar xanımlarının başqa biri ilə cinsi əlaqədə olduğunda qısqandıqlarını, qızlar isə sevgilisinin başqa biri ilə cinsi əlaqədən çox duğusal əlaqədə olduğlarında qısqandıqlarını əldə etdilər.

Əslində qadınların daha çox qısqanc olduğu əsasən də lazımsız qısqaclıqları ilə kişilərə dünyanı zindan etdikləri fikri də vardır. Amma sevən qadın qısqanar elə deyilmi? Onun həyatındakı tək qadın olmağını istəmək günahdırmı?

Bəzən də kişilərin qadınlara hər şeyin yaxşı olduğunu bildirməyi də bir az çətindir. Məsələn:

-Kişi keçmiş əlaqələrin üstünü açmaz, sevgilisinə inam hiss edər, geyinib bəzənməyinə qarışmaz, dost çərçivəsinə məhdudiyyət qoymaz, problem çıxartmamağa çalışar. Qarşılığında "Sən məni qısqanmırsan, sevmirsən" olar yaxud da keçmiş əlaqələri hər gün açıb ağartdığında, qadının hər atdığı addımdan xəbərdar olmaq istədiyində, hər bir geyiminə, bəzəyinə qarışdığında o zaman da "Sən mənə güvənmirsən, inanmırsan" olar. Bir sözlə biz qadınları bir az başa düşmək çətin məsələdir. wink





1165 28.11.14


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler





Avatar
fasgfqw  12:19, 25 yanvar

Valuta los angeles durata dell'orologio. È necessario considerare la durata se cerchi united nations orologio sportivo oppure se, Usandone più di uno, Li cambi di orologi audemars piguet replica frequente. Può essere altrettanto importante, Se sei in cerca di un orologio elegante (O gown watch), Dato che eventuali graffi possono incidere sull'impeccabilità dell'aspetto. los replica iwc orologi angeles copertura dell. a,chicago cassa è importante, each quanto riguarda la durata dell'orologio. Opta by the un orologio con cassa in cristallo di zaffiro, se cerchi la massima durata, O to cristallo mwhile inerale, Se ti basta un orologio che abbia semplicemente una cassa con vetro antigraffio. Se hai un low-cost limitato, Potresti accontentarti di un cristallo acrilico gna ha minore resistenza ai graffi. Quando compri un orologio within the web, Troverai replica panerai orologi queste caratteristiche nella descrizione del prodotto sotto la voce "Tipo di vetro" o "Materiale del quadrante,

Cavab