24 Noyabr - Qoroskop » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » » 24 Noyabr - Qoroskop


24 Noyabr - Qoroskop
 
 

QOÇ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə pul xərcləməyəsiniz. Əks təqdirdə ayın sonuna qədər problemləriniz olacaq. Nəzərə alın ki, tarixi seçim ərəfəsindəsiniz.

 

BUĞA - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha da əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra maraqlı görüşləriniz olacaq.

 

ƏKİZLƏR - Ümumi əhvalınızda aktivlik baş qaldırdığından neytral mövqedə dayanmamalısınız. İşlə bağlı planlarınızın həllini sürətləndirin. Nahar ərəfəsində sürprizlə rastlaşacaqsınız.

 

XƏRÇƏNG - Saat 16-ya qədər bütün planlarınızı reallaşdırmağa çalışın. Qərarlarınızda obyektiv olun ki, nəticədə udasınız. Axşam saatlarında qəlbinizə yaxın insanlarla bir araya gəlin.

 

ŞİR - Ailədaxili problemləriniz qabara bilər. Bunun qarşısını almaq üçün qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Sevgiyə xələl gətirən bütün neqativ hərəkətlərə son qoyun.

 

QIZ - Yalnız sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.

 

TƏRƏZİ - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.

 

ƏQRƏB - Ümumi yorğunluğunuzu nəzərə alan ulduzlar günün əsas vaxtını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.

 

OXATAN - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızdakı şanslardan bəhrələnin. Fəaliyyətdə uğurlarınız yaxınlaşmaqdadır.

 

OĞLAQ – Bugünkü astroloji mənzərə yalnız sizin Zodiakdan olanlar üçün uğurlu səfərlər vəd edir. Bununla yanaşı maliyyə məsələlərinin həllində də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.

 

SUTÖKƏN - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.

 

BALIQLAR - Hər mənada uğurlu gündür. İstər ailə-sevgi münasibətlərində, istərsə də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.





809 24.11.14


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler