Moda nədir? » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » Moda nədir?


Moda nədir?

Əgər təbiət qadını modanın saldığı halda yaratsaydı, o zaman qadın ümidsiz halda olardı. (P. Buast)

Hər kəs üçün moda fərqli bir tərzdə alqılanır. Kiminçünsə moda, sadəcə maraqdır, kimisi üçünsə zəruri. Kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur. Kimi onu həyatın bir çox sferaları üzərində zövqün allahı zənn edir, kimi üçün isə moda mədəniyyətin daha bir qolu, forması sayılır, hansı ki, insan manerasında və ən əsası da ki, geyimində üzə çıxır. Moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Burdan da belə çıxır ki, modayla gedənlər "dəbli şəxslər”, bununla ayaqlaşmayanlar isə "dəbsiz” və ya lori dildə desəm, çox-çox üzr istəyirəm, hətta "çuşka” kimi də adlandırılırlar. Mən isə bununla heç razı deyiləm. Bəli, ola bilsin ki, moda hansısa qaydalar qoyur, bəs modanı yaradan kimdir ki?!

Şəxsən mənim fikrim belədir ki, şərt deyil ki, insan daima modanı izləyə və dəblə geyinə. Məncə insan özünə nə yaraşırsa onu da geyinməlidir. Təbii ki, bunun üçün də bir çərçivə var. Yuxarıda da qeyd elədim ki, "moda tez-tez dəyişir”. Bu nə deməkdir? Bu, o deməkdir ki, kimlərsə öz fantaziyalarındakıları həyata keçirib, hansısa yeniliyi ərsəyə qoyub, nəyisə dəbə gətirirlər. Və yaxud da heç fantaziyalar da olmasın, insan hər an, hər daim nəsə görür və bu an insanın ağlından o qədər şeylər keçir ki. Axı, hal-hazırda həyat və yaradıcılıqları ilə maraqlandığımız, yeri gəldiyində adı keçən sahədə dahi belə adlandırdığımız dizaynerlər, modelyerlər də adi bir insandılar. Sadəcə nəsə düzüb-qoşmaq, bir yenilik ortaya atmaq onların işidir.

Moda nədir?

 


Kimi modayla ayaqlaşır, kimi yox. Keçənlərdə yadımda deyil, hansısa saytlarımızın birində gənclər moda haqqında belə bir rəy bildirirdilər ki,guya moda həqiqətən də hansısa bir ilahi qüvvə tərəfindən göndərilmiş bir şeydir, hansı ki, bizlər buna tabe olmalı və mütləq bununla ayaqlaşmalıyıq. Xeyr! Hər sezon bizim üçün yeni bir şeylər təklif olunur. Məhz, təklif olunur! Bizim isə öz növbəmizdə nəyisə seçib seçməmək kimi bir haqqımız var, hətta, nəyəsə nəsə qatıb, yeniləşdirmək kimi də bir gücümüz (ideyalar, fantaziyalar).

Bir əhvalat eşitmişdim: bir qız nənəsinin sandığında eşələnirmiş və təsadüfən losinlər görür. Elə bu an qızın ağlından bir fikir keçir ki, dostları ilə məzələnsin, buna görə də o həmin losinləri diskotekaya geyinmək qərarına gəlir. Bu kiminsə xoşuna gəlir kiminsə yox, hətta, buna dəhşətli dərəcədə ağız büzənlər də olur. Bu təbiidir. Amma, bir həqiqət var ki, hamı şokda idi. Bu da effect!

Moda nədir?

 

Elə bir çox dizaynerlər də, nədənsə idaya əldə edir, bunun üzərində işləyir və bunu cəmiyyətə təqdim edirlər və elə olur ki, vaxt gəlir həmin ağız büzənlər də bu dəbin qurbanına çevrilirlər. Məzələnmək naminə nənəsinin sandığından onun nəyinisə götürüb geyinən bir qız var idi və çoxları ona ağız büzdülər, bu gün isə həmin "nənələrin” hər şeyindən geyinirik. 80-cı illərin paltarları, ayaqqabıları, çantaları, musiqiləri və s. 80-cı illər indi hər yerdə mövcuddur! Ətrafa boylanırsan və sanki hər şey keçmişə qayıtmış kimi bir hal alır. Bəlkə də bunun da ömrü çox olmayacaq, çünki, moda dəyişkəndir, tez-tez dəyişilir, biz keçmişdəkilərə alışmışkən, bir də görəcəyik ki, moda yenidən döndü. Hər halda bir stil var ki, bu heç vaxt moddan düşmür - klassika!

Bernard Şou deyir ki, "moda idarə edən bir epidemiyadır”. Bəlkə də bu həqiqətə uyğundur. Amma, biz özümüzü buna məcbur saymasaq, bəlkə də, bu xəstəliyə tutulmarıq.

Mən demirəm ki, biz modadan imtina etməli, bunu rədd etməliyik. Xeyr! O modanı ərsəyə gətirənlər öz sahələrinə peşəkar olan dizayner-modelyerlərdir, hansı ki, onlar bir sezonu hansısa bir rəngdə görürlər və bunu da öz işlərində həyata keçirirlər və həmin rəng də həmin sezon dəbdə olur – bu da bizə təklif olunur! Bunu istəyib istəməmək isə öz əlimizdədir. İstəməsək də izləyə bilərik. İzləmək isə tamam başqa məsələdir.


Moda nədir?

 

Şəxslər var ki, məsələn bu sezonun rəngi qırmızıdırsa, bütün qarderobunu yeniləyib, hər şeyini qırmızı ilə əvəz edir. Məncə bu çox gülüncdür. Bəlkə, biz özümüz özümüzə nəsə təklif edək?! Nə üçün biz hamıdan kopyalamalı, hamının geyindiyini geyinməli, hamının etdiyini etməliyik?! Bizim də öz zövqümüz, öz tərzimiz var! Hər birimiz individual şəxslərik! Təsəvvür edin, qırmızıya bürünmüş, eyni tipli geyinmiş hər kəsin fonunda sən nə iləsə fərqlənirsən! Sən tamam başqasan. Bu fikir də xahiş edirəm səhv alqılanmasın. Bir çoxları da "fərqlənmək” sözü eşidəndə elə bilirlər ki, bunun üçün xüsusi "əndrabani” bir şey geyinməlidir, hansı ki, ətrafdan baxanda bu insan həqiqətən də çox pis, vulqar görünür. Buna da diqqət yetirmək lazımdır.

Ən başlıcası budur ki, sənin obrazın sən özünsən! Sənin geyimin sənin daxili aləmini əks etdirir. Modanın ardıyca qaçanda isə bəzilərimiz bunu unuduruq və buna görə də bəzən bayağı, şit görünüş alırıq.

Zövqlə geyinmək böyük məharətdir. Hələ-hələ nəzərə alsaq ki, zövq hissi bizə təbiət tərəfindən verilməyib, biz özümüz onu tərbiyələndiririk. Yaxşı zövqü olan kəs isə heç vaxt ən dəbli bir brendin ən son kolleksiyasından olan bir geyimə pul sərf edib, ondan geyinməyəcək ki, bu geyim kiminsə üstündə çox gözəl görünür.

Belə çıxır ki, əslində fərqlənsək də, fərqlənməsək də, dəbdə oldu-olmadı, qısacası əynimizə nə yaraşırsa onu da geyinək. Əsl qadın, əsl şəxs belə də etməlidir! Nəinki geyim, eləcə də aksesuarlar, çantalar və s. və i.a.

Bir də unutmayaq ki, moda sadəcə olaraq bir yöndür, hansı ki bizə seçim hüququ verir. Biz modanı izləyərək, hər zaman özümüz olaraq qalmalıyıq. Ancaq bu yolla, biz həqiqətən də gözəl və təkrarolunmaz olacağıq.
Hər-halda dəblə ayqlaşsaq da ayaqlaşmasaq da bir şeyi də unutmamalıyıq ki, hər şeyin bir həddi var və hər şey həddini aşmadıqca gözlədir.

Qeyd: Moda – "modus” latın sözündən götürlmüş – ölçü, hədd, tərz, qayda, təlimat mənasını verir.)

Moda nədir?

 




 Nez
1799 16.11.14


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler





Avatar
China_v5  06:41, 15 avqust

Sometimes it takes a trend a brace tries to get off the ground. Several years ago, clover was all over abatement runways, but it seemed like buyers for replica handbags retail food weren't, well, affairs it--the clover pieces went abundantly unproduced and, in turn, shoppers focused on added things. Now, though, brands are giving clover addition shot, and for Abatement 2016, it feels like the time is appropriate for accessories in this costly fabric. We're seeing a lot of clover in both accoutrements and shoes, but today, we're actuality to focus on chanel replica handbags. (More on the shoes next week!) If it comes to affluence goods, clover has a few accessible advantages: First, it's abundantly luxe-looking and affable to touch, which makes it a abundant added applicable covering addition for high-end pieces than a lot of added fabrics. Second, clover accoutrements are usually a bit beneath big-ticket than their covering counterparts, which is abundant if you're traveling for a melancholia look for replica handbags uk. Abatement and winter bathrobe are all about layering affluent textures and colors, and clover is an ideal way to bandbox up your boilerplate jeans-and-sweater combo. Below, analysis out our admired clover accoutrements from the division so far. Like: Edie Parker Melissa Clover Crossbody Bag, Dries van Noten Clover Accept Bag, Fendi Clover Peekaboo Bag, Givenchy Clover Backpack, Gucci Marmont Clover Accept Bag, Lanvin Sugar Clover Accept Bag, Miu Miu Velutto Top Handle Bag, Moschino Clover Convertible Accept Bag, Prada Pionnière Clover Saddle Bag, Ralph Lauren Tiffin Clover Bag, Saint Laurent Cipher Medium Clover Accept Bag, Salvatore Ferragamo Vara Beaded Accept Bag, mulberry replica handbags, Stella McCartney Clover Falabella Bag.

Cavab