Günə belə başlayın – TÖVSİYƏ » JustLady - Milli Qadin Portali - Yalniz Qizlar üçün

» » Günə belə başlayın – TÖVSİYƏ


Günə belə başlayın – TÖVSİYƏ
 
 

Günə belə başlayın – TÖVSİYƏ

 
 
Bütün günü yaxşı keçirmənin ən vacib kriteriyası günə yaxşı başlamaqdır. Gözəl bir gün üçün səhərlər özünüzü rahatlatmaq və xoşbəxt etməyə çalışın.

JustLady.az hər səhər etməniz gərəkən və sizi xoşbəxt edəcək 10 vərdişi təqdim edir.

Tezdən oyanın. Çünki özünüzü hazırlamaq üçün çox vaxta ehtiyacınız var. Tez oyanmaqla gün üçün ayrılacaq olan enerjinizi daha yaxşı mühafizə etmiş olarsız.

Güzgüdə özünüzə 30 saniyə gülümsəyin. Bu, sizin mənlik hörmətinizi artırmaq üçün əla yoldur və bunu bir neçə dəfə etməklə artıq vərdiş halına gətirə bilərsiz. Özünüzə daha çox güvənən və haqqını tələb etməkdən çəkinməyən biri olacaqsız.

Əsnəmə hərəkətləri edin. Əzələlərinizi oyandırmaq və günə hazır olmaq üçün 5 dəqiqəlik uzanma və gərilmə hərəkətləri edin.

Bədəninizi kisələyin. Səhərlər duş qəbul edərkən quru bir fırça ilə kisələnməniz həm qan dövranınızı yaxşılaşdıracaq, həm də ölü dəridən qurtulacaqsız. Kisələnmədən sonra nəmləndirici kremdən istifadə edin.

Canlandırıcı bir musiqi, ya da səsli kitab dinləyin. Uzun bir gün üçün davam edən motivasiya istəyirsizsə, günə belə başlamalısız. Stressli bir gündə belə, bacarıqlı olmanın ən asan yolu budur.

Yaşıl "smoothie” zamanı. İspanaq, lahana, yaşıl yarpaqlı bitki mənşəli qidalarla lif və mineral qaynağı olan, bədəninizi rahatladacaq yaşıl "smoothie” hazırlaya bilərsiz.

Bir neçə dəqiqə meditasiya ilə məşğul olun. Sevdiyiniz musiqini qoşun və sadəcə səssiz oturub bir neçə dəqiqə dinləməniz sizə çox şey bəxş edəcək.

Dilinizi təmizləyin. Dilinizi təmizləməklə həm ağız qoxusundan xilas olar, həm də yeməklərin dadını daha yaxşı hiss etmiş olarsız.

O gün həll etməniz gərəkən ən az 3 şeyi siyahıya alın. Güvən yaradacaq və daha böyük şeylər üçün narahat olmanızı əngəlləyəcək

Səhərlər nələrdən qaçmaq lazımdır?

Sizi stressə salacaq xəbərlər dinləməyin.

Həzmi çətinləşdirən qidalar yeməyin.

Enerji verən içki və dərmanlar qəbul etməyin və qətiyyən yatıb qalmayın!
 




tövsiyə
1347 08.10.14


Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler





Avatar
cheap nike air max  10:23, 10 iyul

Ultra-cool Nike running shoescheap nike air max
Have this running shoes you can go to the peak of life
Your fate is destined to need such a running shoes

Cavab